Bakının Suraxanı rayonunda, Aeroport şosesində, Buta Palace yaxınlığında söküntü işləri aparılır.
İstismar müddəti başa çatmış elektron informasiya-sürət tablolarının yerləşdirildiyi metal konstruksiyanın qalan hissəsi demontaj edilir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, aparılan işlərlə əlaqədar olaraq “Koroğlu” metrostansiyasından hava limanı istiqamətində hərəkət müvəqqəti məhdudlaşdırılıb. Məhdudiyyət Suraxanı dairəsi üzərindəki yolötürücünü əhatə edir.
Sürücülərə alternativ marşrut kimi Xanlar Ələkbərov və 14 İyul küçələrindən istifadə etmələri tövsiyə olunur.
Qeyd olunub ki, məhdudiyyət qüvvədə olduğu müddətdə yol hərəkətinin fasiləsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülür.

