Mayın 27-də Azərbaycanın bir sıra bölgələrində küləyin güclənəcəyi gözlənilir. Bununla əlaqədar ölkə ərazisində sarı və narıncı hava xəbərdarlığı elan edilib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, narıncı xəbərdarlığa əsasən, Mingəçevir, Şəki, Zaqatala, Qax, Balakən, Bərdə, Göyçay, Oğuz, Qəbələ, İsmayıllı, Tərtər, Yevlax, Naftalan, Goranboy və Daşkəsəndə şimal-qərb küləyi üstünlük təşkil edəcək. Küləyin sürətinin saniyədə 20,8-28,4 metrədək güclənəcəyi gözlənilir.
Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin əsəcəyi, arabir sürətinin saniyədə 13,9-20,7 metrə çatacağı proqnozlaşdırılır.

