İyulun 7-də Bakıda hava şəraitinin əsasən açıq və yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən DenMedia.az-a verilən məlumata görə, paytaxtda gecə saatlarında temperatur təxminən 24 dərəcə, gündüz isə 27-28 dərəcə isti olacaq. Gün ərzində əsasən günəşli hava müşahidə ediləcək.
Bölgələrdə isə bəzi yerlərdə hava dəyişkən olacaq. Gəncədə gecə və axşam saatlarında şimşəkli hava ehtimalı var. Qubada günortadan sonra şimşək çaxacağı gözlənilir.
Lənkəran və Naxçıvanda isə hava əsasən açıq və günəşli keçəcək. Lənkəranda temperaturun gündüz 29-30 dərəcə, Naxçıvanda isə 31-33 dərəcə isti olacağı proqnozlaşdırılır.

