Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
"Sabunçu və Suraxanı rayonlarında aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar aprelin 29-da saat 10:00-dan işlər başa çatanadək Ramana Südçülük sovxozunun, E.Məhərrəmov küçəsinin, Sosial evlərin, Daş Karxanasının bir hissəsinin və Zığ kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd edilib.

