Bakının Yasamal, Nərimanov və Səbail rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
“Azərişıq” ASC-dən bildirilib ki, məhdudiyyətlər təmir işləri ilə əlaqədardır.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Abbasqulu ağa Bakıxanov, Murtuza Muxtarov küçələri və İnşaatçılar prospektinin bir hissəsində elektrik olmayacaq.
Nərimanov rayonunda saat 09:00-dan 13:00-dək Fətəli xan Xoyski, Faiq Yusifov, Əliyar Əliyev və Yusif Vəzir Çəmənzəminli küçələrinin bəzi hissələrində fasilə yaranacaq.
Səbail rayonunda isə saat 09:00-dan 15:00-dək Murtuza Muxtarov, Ömər Faiq Nemanzadə küçələri və Bibiheybət qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq.
“Azərişıq” qeyd edib ki, işlər başa çatdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

