Bu gün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.
“Azərişıq” ASC-dən verilən məlumata görə, fasilələr transformator məntəqələrində aparılan təmir-profilaktika işləri ilə əlaqədardır.
Bildirilib ki, saat 10:00-dan 13:00-dək Yasamal rayonunda Zahid Xəlilov, Süleyman Dadaşov, Əbdürrəhim bəy Haqverdiyev və Əhməd Cəmil küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Eyni saatlarda Nizami rayonunda Rüstəm Rüstəmov və Musa Əliyev küçələrinin bəzi hissələrində də təmir işləri aparılacaq.
Qurumdan qeyd olunub ki, işlər başa çatdıqdan sonra həmin ərazilərdə yaşayan sakinlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

