Avqustun 4-də Bakıda elektrik enerjisinin keyfiyyətinin artırılması və artan tələbatın qarşılanması məqsədilə transformator məntəqəsində təmir-təftiş işləri aparılacaq.
“Azərişıq” ASC-nin məlumatına görə, saat 10:00-dan 13:00-dək Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Abdulla Şaiq, Zülfüqar Adıgözəlov, Cabbar Qaryağdıoğlu, Salatın Əsgərova və Murtuza Muxtarov küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq olunacaq.
Bildirilib ki, işlər başa çatdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.

