Sentyabrın 5-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən 110/35/10 kV-luq “Masazır” yarımstansiyasında yenidənqurma işləri aparılacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Məlumata görə, saat 01:00-dan 03:00-dək planlı fasilə səbəbindən Heydər Əliyev, Zərifə Əliyeva, Rafiq Dünyamalıyev və Əliağa Vahid küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişi dayandırılacaq.
Həmçinin “Qurtuluş”, “Bağçalı şəhər”, “Rahat nəfəs” yaşayış kompleksləri və “Zəngilan” şəhərciyinin bəzi əraziləri də fasilədən təsirlənəcək.
İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacağı bildirilir.
Denmedia.az

