Oktyabrın 25-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə qısamüddətli leysan yağacağı və şimşək çaxacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək.
Paytaxtda havanın temperaturu gecə 15–17, gündüz 17–19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə 70–80 faiz təşkil edəcək.
Rayonlarda da yağış, şimşək və dolu gözlənilir. Bəzi ərazilərdə intensiv leysan yağacağı, yüksək dağlıq yerlərdə qar yağacağı, şərq rayonlarında isə yağıntıların güclənəcəyi ehtimal edilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Rayonlarda temperatur gecə 13–16, gündüz 17–21 dərəcə, dağlarda isə gecə 2–6, gündüz 8–13 dərəcə isti olacaq.

