Oktyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı, axşam isə yarımadanın ayrı-ayrı ərazilərində intensiv leysan və şimşək çaxacağı ehtimal olunur.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15–17 dərəcə, gündüz isə 19–23 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 764 millimetr civə sütununa enəcək. Nisbi rütubət 70–80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.
Axşam saatlarında dağlıq ərazilərdə yağıntının qarla əvəzlənməsi mümkündür.
Rayonlarda havanın temperaturu gecə 13–18 dərəcə, gündüz 20–25 dərəcə, dağlarda isə gecə 5–10 dərəcə, gündüz 13–18 dərəcə isti olacaq.

