Azərbaycanda oktyabrın 2-nə gözlənilən hava proqnozu açıqlanıb. Sabah Bakıda və Abşeron yarımadasında axşam saatlarından etibarən yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru isə yağıntıların leysan xarakteri alacağı ehtimal edilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru isə leysan olacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi gündüz saatlarından etibarən arabir güclənəcək.
Havanın temperaturu gecə 16–19, gündüz 21–26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə 60–70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntıların leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir.
Axşam saatlarında yağıntıların güclənəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. Mülayim qərb küləyi gündüz ayrı-ayrı ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu rayonlarda gecə 14–18, gündüz 23–27 dərəcə isti, dağlarda isə gecə 5–10, gündüz 10–15 dərəcə isti olacaq.

