Sentyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal edilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17–20 dərəcə, gündüz isə 22–25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70–80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Yüksək dağlıq ərazilərdə yağıntının qara keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu rayonlarda gecə 15–19 dərəcə, gündüz 22–27 dərəcə isti, dağlarda isə gecə 3–6 dərəcə, gündüz 6–10 dərəcə isti olacaq.

