Gürcüstanın paytaxtı Tbilisidə sərnişin qatarı platformaya çırpılıb.
“Den.az” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, hadisə yolun Didube-Avçala hissəsində qeydə alınıb.
Bildirilir ki, Batumidən gələn qatarın platformaya çırpılması nəticəsində 2 nəfər həlak olub.
Sözügedən şəxslər “Gürcüstan Dəmir Yolları” şirkətinin əməkdaşlarıdır. Sərnişinlər arasında xəsarət alan olmayıb.
Hazırda qatarın hərəkəti dayandırılıb. Qəza ilə bağlı araşdırma aparılır.
Tbilisidə qatar platformaya çırpıldı - 2 ölü - Video

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.