

30 
may
2023
11:30

107
Yuxarı
Gürcüstanlı sürücü Zaqatalada qəza törətdi, avtomobillər əzildi, kəndin işığı kəsildi...

30 may, 2023
11:30
107
Gürcüstanlı sürücü Zaqatalada qəza törətdi, avtomobillər əzildi, kəndin işığı kəsildi... - FOTO
Zaqatalada Gürcüstan Respublikasına məxsus yük maşını aşıb.
Den.az xəbər verir ki, hadisə gecə saat 02 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd-magistral yolunun Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Gürcüstan Respublikası vətəndaşının idarə etdiyi xarici dövlətlərdə istehsal edilən minik avtomobillərini daşıyan yük maşını hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı elektrik dirəyinə dəyib. Qəzadan sonra yük maşını yolun kənarındakı çökəkliyə aşıb. Maşında olan minik avtomobillərinə ciddi ziyan dəyib. Elektrik dirəyinin aşması nəticəsində magistiral yolun işıqlandırılmasında fasilə yaranıb.
Qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Çox oxunanlar