Rusiyalı müğənni Oleq Qazmanovun qızı Marianna Qazmanova tanınmış iş adamının oğlu ilə ailə qurub.
Nikah mərasimi iyulun 1-də Moskvada Qriboyedov nikah sarayında keçirilib.
Müğənninin həyat yoldaşı Marina Qazmanova 22 yaşlı qızının toyu ilə bağlı sevincli xəbəri paylaşıb.
Qeyd olunur ki, Marina Qazmanova toyun təşkilində fəal iştirak edib. Marianna Oleq və Marina Qazmanovların yeganə övladıdır. Ailədə həmçinin Marinanın Vyaçeslav Mavrodi ilə ilk nikahından olan 28 yaşlı Filipp, Oleq Qazmanovun isə əvvəlki nikahından 45 yaşlı oğlu Rodion var.

Marianna MGIMO-da beynəlxalq biznes fakültəsində təhsil alır və dizayn şirkətində çalışır.
2025-ci ilin sentyabrında anası onun seçdiyi şəxsin adının Maksim olduğunu və iri iş adamının oğlu olduğunu açıqlamışdı. Valideynləri qızlarının seçimini dəstəklədiklərini bildiriblər.

Gənc cütlük toy mərasimini yalnız ən yaxın insanların iştirakı ilə keçirməyə qərar verib.

