avq
2023
23:00
245

“Sabah” “Qəbələ”yə beş cavabsız top vurdu

6 avq, 2023
23:00
245

“Sabah” “Qəbələ”yə beş cavabsız top vurdu - FOTO

Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün I turuna yekun vurulub.

"Den.az" xəbər verir ki, bağlanış matçında “Sabah” “Qəbələ”ni qəbul edib.
Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 5:0. “Futuristlər”ə qələbə qazandıran qolları Emmanuel Apeh, Anatoli Nuriyev, Aleksey İsayev, Coy-Lens Mikels və Tellur Mütəllimov vurublar.


Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Araz-Naxçıvan”ı 3:0, “Sumqayıt” “Səbail”i 4:1 məğlub edib, son çempion “Qarabağ” öz meydanında “Zirə”yə, “Neftçi” isə rəqib meydanında “Kəpəz”ə 0:1 uduzub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar