Abşeron rayonun Goradil kəndində vətəndaş Ülviyyə Bədirova mavi yanacaq üzünə həsrət qalıb.
Bu barədə Den.az-a şəxsin yaxın qohumu məlumat verib.
Belə ki, Goradil kəndində Azəriqaza məxsus 110 mm boru xəttindən vətəndaş Ülviyyə Bədirovaya məxsus mənzilə çəkilən qaz xətti kəsdirilib. Bunu isə Məhşur iş adamı Bəxtiyar Dali kimi tanınan şəxsin sifarişi ilə edildiyi iddia olunur. Vətəndaş onuda bildirib ki, həmin xətt vaxtı ilə mərhum Hacı Madərə məxsus olub. Ancaq bu vaxta qədər ərazidə yaşayan şəxslər belə bir problemlə üzləşməyiblər. Lakin son günlər mənzilə verilən mavi yanacağın gəlmədiyini görən Ülviyyə Bədirova xəbər tutub ki, məlum borudan onlara verilən xətt naməlum şəraitdə kəsdirilib.
Mövcud vəziyyətlə bağlı "Azərqaz İB"-nin Abşeron rayon şöbəsindən Den.az-a bildirilib ki, həmin boru xətti vaxtı ilə podraçı təşkilatlar tərəfindən iş adamlarının sifarişi əsasında çəkilib. Hazırda həmin xəttə Azəriqaz əməkdaşları tərəfindən xidmət göstərilir. Vətəndaşa məxsus xəttin kəsilməsinə gəlincə isə bu məsələdən xəbərsiz olduqlarını bildiriblər. O da əlavə olunub ki, şikasayətçi Ülviyyə Bədirovanin mənzilinə verilən mavi yanacaq sayğaclaşdırılıbsa və buna görə bütün lazımı sənədlər qaydasındadırsa o zaman mövcud vəziyyətlə bağlı hüquq mühafizə orqanlarına müraciət olunmalıdır.
Den.az
"Bəxtiyar Dali" Goradildə vətəndaşın mavi yanacağını kəsdirib? RƏSMİ AÇIQLAMA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.