Gördüyünüz bu kadrlar hansısa film çəkilişindən yox, real həyatdan lentə alınıb. Qadını bu qədər əsəbləşdirən və onu özündən çıxardan səbəb isə pul verib aldığı mənzilə köçə bilməməsidir. Onun kimi onlarla insan eyni aqibəti yaşayır.
Sakinlər bildirir ki, "Şoranlıq-94 MTK"nın rəhbəri Pərviz Qurbanov onların pulunu mənimsəyib, lakin söz verdiyi binanı tikib təhvil verməyib.
Hazırda 40 dan çox vətəndaş məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edib və problemin həll olunmasını istəyir.
Qeyd edək ki, adıçəkilən "MTK"nın rəhbəri Pərviz Qurbanov bina tikmək adı ilə vətəndaşları aldadaraq pullarını mənimsəyib. Bu azmış kimi bir mənzili 5-6 adama sataraq dələduzluq edib. Bununla da kifayətlənməyən "MTK" rəhbəri ətrafdakı insanlara torpaq sahələrində ev tikmək adı ilə külli miqdarda zərər vurub və pullarını mənimsəyib. Artıq 4 ildən çoxdur ki, nə bina təhvil verilir, nə də sakinlərin pulu geri qaytarılır
Qeyd edək ki, Pərviz Qurbanovla əlaqə yaratmaq cəhdlərimiz heç bir nəticə vermədi. Ancaq sakinləri özləri onun ayrı -ayrı vaxta verdiyi müxtəlif vəddləri telefonla teltə ala bilib.
Çarəsiz sakinlər mövcud problemlə bağlı məhkəməyə müraciət edəcəklərini deyirlər. Ümid edirik ki, aidiyyatı qurumların məsələyə müdaxiləsi nəticəsində problem tezliklə öz həllini tapacaq və sakinlərin istəyi təmin olunacaq.
Masazırda insanları gözü yaşlı qoyan MTK rəhbəri haqda ŞOK FAKTLAR - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.