Sumqayıt Bələdiyyəsində vətəndaşlarla növbəti görüş keçirilib.
DenMedia.az xəbər verir ki, Bələdiyyə sədri Adil Xudadatov sakinləri fərdi qaydada qəbul edərək onların müraciətlərini dinləyib.
Qəbul zamanı şəhər sakinləri müxtəlif sosial və məişət məsələləri ilə bağlı müraciətlər ediblər. Söhbət zamanı əsasən torpaq sahələrinin sənədləşdirilməsi, yaşayış məntəqələrində abadlıq işləri, sosial dəstək tədbirləri və infrastruktur problemləri kimi mövzular müzakirə olunub.
Adil Xudadatov hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşaraq, qaldırılan məsələlərin araşdırılması və operativ həlli üçün aidiyyəti qurumların nümayəndələrinə tapşırıqlar verib. Bəzi məsələlər yerindəcə həll olunub, əlavə araşdırma tələb edən müraciətlərin isə qısa müddətdə nəticələndiriləcəyi bildirilib.
Sumqayıt Bələdiyyəsindən verilən məlumata görə, belə görüşlər mütəmadi olaraq davam etdiriləcək və hər bir vətəndaş problemlərini birbaşa rəhbərliyə çatdırmaq imkanı əldə edəcək.
Ellada Rəsul
DenMedia.az