Qazaxıstan vətəndaşlarına İran ərazisini Azərbaycanla quru sərhədi vasitəsilə tərk etmək imkanlarını diplomatik nümayəndəliklərlə birgə nəzərdən keçirmək tövsiyə olunub.
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Məlumatda qeyd olunur ki, İranın hava məkanının bağlanması və aviareyslərin müvəqqəti dayandırılması fonunda vətəndaşlara ölkəni Azərbaycan, Ermənistan, Türkiyə və Türkmənistan üzərindən tərk etmə alternativlərini dəyərləndirmək məsləhət görülür.

