İranın Milli Təhlükəsizlik Şurası ABŞ və İsrail zərbələri fonunda Tehran sakinlərini paytaxtı tərk etməyə çağırıb.
Bu barədə Al Jazeera telekanalı məlumat yayıb.
Qurumun bəyanatında bildirilir:
“Mövcud vəziyyətlə əlaqədar, imkan daxilində və sakitliyi qoruyaraq, başqa yerlərə və şəhərlərə getməyiniz tövsiyə olunur.”
Hazırda paytaxtda təhlükəsizlik tədbirlərinin gücləndirildiyi və vəziyyətin gərgin olaraq qaldığı qeyd edilir.

