Samux Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Firdovsi Əliyev özünə yeni müavin təyin edib.
DenMedia.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı, o, müvafiq əmr imzalayıb.
Məlumata görə, Elmar Qarayev başçının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
O, yeni təyinatadək Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri vəzifəsində çalışıb.

