Yəmənin Ədən şəhərində beynəlxalq hava limanı və Maaşik prezident sarayı husilərin ballistik raket hücumlarına məruz qalıb.
Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
“Husilər Yəmən xalqına məxsus obyektlərə zərbələr endirməkdə davam edirlər”, – deyə hökumət qüvvələrinin nümayəndəsi Macid ən-Nazili bildirib.
Qeyd edək ki, Maaşik prezident sarayında Yəmən hökumətinin müvəqqəti iqamətgahı yerləşir.
Ölkənin paytaxtı Səna husilərin nəzarətində olduğu üçün hökumət fəaliyyətini Ədən şəhərində davam etdirir.
Məlumatda xəsarət alanlar və hücumların vurduğu ziyan barədə ətraflı məlumat verilməyib.

