Azərbaycanda daşınmaz əmlak bazarında canlanma davam edir. Mənzil qiymətlərində artım müşahidə olunsa da, bazarda alıcılıq qabiliyyəti də yüksək olaraq qalır. Ekspertlər hesab edirlər ki, mənzilə olan tələbatın artması yeni layihələrin və əlverişli satış kampaniyalarının əhəmiyyətini daha da artırır.
Denmedia.az xəbər verir ki, məhz bu istiqamətdə Sumqayıtda fəaliyyətə başlayan Sum Group şirkəti mənzil sahibi olmaq istəyən vətəndaşlar üçün xüsusi imkanlar təqdim edir.
Şirkət, xüsusilə müəllimlər və həkimlər üçün nəzərdə tutulan xüsusi şərtlərlə onların mənzil əldə etməsini daha əlçatan etməyi hədəfləyir. Bildirilir ki, müxtəlif endirimlər və sərfəli ödəniş imkanları sayəsində uzun illər öz peşəsinə sədaqətlə xidmət edən müəllimlər və həkimlər daha rahat şəkildə yeni mənzil sahibi ola biləcəklər. Bu yanaşma həm sosial məsuliyyət nümunəsi, həm də cəmiyyətin inkişafına töhfə verən peşə sahiblərinə göstərilən dəyərin ifadəsi kimi qiymətləndirilir.
Sum Group etibarlı və şəffaf əməkdaşlıq prinsiplərini əsas götürərək, xüsusilə Sumqayıtda ona güvənən müştərilər üçün sərfəli kampaniyalar həyata keçirir. Şirkətin məqsədi hər bir ailənin təhlükəsiz və rahat yaşayışa qovuşmasına dəstək olmaqdır.
Mənzil sahibi olmağı planlaşdıranlar üçün Sum Group əlverişli maliyyə şərtləri, həm də etibarlı seçim baxımından diqqətçəkən fürsətlərdən biri hesab olunur.

