Sumqayıtda yaşayış binasında güclü yanğın olub.
Den.az xəbər verir ki, hadisə şəhərin 5-ci məhəlləsində qeydə alınıb.
Hadisə yerinə dərhal FHN-nin Sumqayıt şəhər DYMİ -nin əməkdaşları və Təcili Yardım cəlb olunub. Ərazi Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən mühafizə edilib. Binada yaşayanlar təxliyyəsinə başlanılıb. Tüstüdən zəhərlənmə ehtimalı olan və mənzillərdə köməksiz vəziyyətdə qalan yaşlı insanlar FHN-nin əməkdaşları tərəfindən təhlükəsiz əraziyə aparılıb.
Məlumat verilib ki, ümumi sahəsi 45 kv metr olan və zirzəmidə yaşayış üçün nəzərdə tutulan mənzil yanıb.
Mənzil sahibi bildirdi ki, ona yanğınla bağlı məlumatı qonşular verib. Deyiblər ki, evin yanır tez gəl. Məndə qızımla şəhərdə idim. Bura çatanda isə evimin yandığını gördüm. Bu bir dəhşət idi.
Qeyd edək ki, hadisə baş verən bina Sovetlər dönəmində Mülkü Müdafiə üçün nəzərdə tutulan sığınacaqlar olub. Hazırda vətəndaşlar bu zirzəmilərdən mənzil kimi istifadə edirlər.
Yanğın qısa vaxt ərzində söndürülüb.
Qonşular zəng vurdu dedilər evin yanır tez gəl: Sumqayıtdakı yanğında mənzil sahibi danışdı-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.