25 
yan
2024
12:46
428

Təhsilin keyfiyyəti ilə seçilən bu bağçada, uşaqların sağlam və savadlı yetişməsi üçün hər cür şərait yaradılıb-VİDEO

25 yan, 2024
12:46
428

Təhsilin keyfiyyəti ilə seçilən bu bağçada, uşaqların sağlam və savadlı yetişməsi üçün hər cür şərait yaradılıb-VİDEO

Bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Uşaq və yeniyetmələrin sağlam, bilikli və hərtərəfli böyümələri üçün dövlət tərəfindən hər cür şəraitin yaradılması, yeni uşaq bağçalarının tikilərək istifadəyə verilməsi, köhnələrinin restavrasiya olunması bunun bariz sübutudur. Bu baxımdan Sumqayıtda da təhsilin inkişafı ilə bağlı çox mühüm işlər həyata keçirilir. Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan uşaq bağçalarında və məktəblərdə gənc nəslin sağlam yetişməsi, onların yüksək səviyyədə təlim-tərbiyyə alması, cəmiyyətə layiqli vətəndaş kimi formalaşması üçün pedaqoji kollektiv yorulmadan və əzmlə çalışır. Elə bunun nəticəsidir ki, Sumqayıt hər zaman təhsildə birinci olub və bu şəhərin yetirmələri ölkəmizi beynəlxalq miqyasda layiqincə təmsil etməyi bacarıb.

Təhsilin keyfiyyəti ilə seçilən, uşaqların sağlam və savadlı yetişməsi üçün əzmlə çalışan müəssisələrdən biri də 2 saylı uşaq bağçasıdır. Sözügedən bağçanın yerləşdiyi bina 1937-ci ildə tikilib istifadəyə verilsə də, buradakı abu-hava, uşaqlara göstərilən xüsusi diqqət, yüksək pedaqoji biliyə malik olan kadrların təlim-tərbiyyə və təhsillə məşğul olması diqqətdən yayınmır. Bağçada iki qrupun fəaliyyət göstərməsinə baxmayaraq burada uşaqların səmərəli istirahəti və yüksək biliklərə yiyələnməsi üçün lazım olan bütün şərait yaradılıb. Belə ki, bağçada Ulu Öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin fotoguşələri yaradılıb, şəhidlərimizin plakatları asılıb, uşaqların əyləncəsi üçün müxtəlif oyuncaqlar qoyulub.

Bütün bunlarla yanaşı Təhsil Nazirliyinin imtahanında yüksək bal toplayaraq bağçada çalışan pedaqoji kollektivin mehribanlığı, uşaqlarla səmimi rəftarı, müasir tədris üsullarının tətbiq olunması gələcəyimizin əmin əllərdə olmasını bir daha sübuta yetirir.

Bağçanın müdiri Təranə Seyfullayeva ilə söhbət zamanı məlum olur ki, adıçəkilən təhsil müəssisəsində 3-4 yaşlı uşaqlar üçün orta, 4-5 yaşlı uşaqlar üçünsə, böyük qruplar fəaliyyət göstərir.


Qeyd edək ki, bağçanın ümumilikdə restavrasiyaya ehtiyacı olsa da, Abşeron-Xızı Təhsil İdarəsinin və müəssisə rəhbərliyinin səyləri nəticəsində burada uşaqlar üçün hər cür şərait yaradılıb. Elə bu diqqət və qayğının nəticəsidir ki, bağçadakı uşaqlar öz fəallığı ilə xüsusi seçilir. Müəllimlərin tədris metodu isə nümunə sayıla biləcək səviyyədədir


Qeyd edək ki, Sumqayıtın məktəb və bağçaları Respublikanın qabaqcıl təhsil müəssisələri ilə rəqabətdə xüsusi fərqlənir. Belə ki, yerli və beynəlxalq fənn və məntiq olimpiadalarında iştirak edən şagirdlər birincilik qazanaraq şəhərimizi uğurla təmsil edirlər.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar