Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəb və bağçalarda uşaq və yeniyetmələrin inkişafı üçün hər bir şərait yaradılıb.
Sumqayıtın bütün təhsil ocaqlarında olduğu kimi şəhər 2 saylı tam orta məktəbində yaradılan şərait, yeni tədris metodlarının, interaktiv dərs üsullarının tətbiqi belə düşünməyə əsas verir.
Öncə qeyd edək ki, adıçəkilən məktəb 2007-ci ildən fəaliyyət göstərir və təhsil ocağında 1174 şagird elmin sirrlərinə yiyələnir. İki növbədə fəaliyyət göstərən məktəbdə dövlət rəmzlərini, şəhidlərimizin fotolarını əks etdirən fotogüşələrin yaradılması, şagirdlərə yeni bilik və bacarıqların aşılanması baxımından xüsusi əhəmiyyət daşıyır. Bundan başqa məktəbin ibtidai sinif müəllimləri Aynurə Hüseynova və Sevinc Quliyevanın xüsusi tədris metodlarından istifadə etməsi, şagirdlərin dərs prosesini tam qavraması üçün mühüm əhəmiyyət daşıyır.
Çəkiliş apararkən 2 saylı məktəbdə şagirdlərin rahat təhsil alması, bilik və bacarıqlara yiyələnməsi üçün hər bir şəraitin yaradıldığını, təhsil ocağının bütün əyani vəsaitlərlə təmin olunduğunu müşahidə etdik. Elə bunun nəticəsidir ki, Sumqayıt şəhər 2 saylı tam orta məktəbin şagirdlərinin uğurları bitib-tükənmək bilmir.
Qeyd edək ki, yerlərdə fəaliyyət göstərən Regional Təhsil idarələri öz tabeliyində olan təhsil ocaqlarının yeni-yeni uğurlar qazanması, savadlı gənc nəslin yetişməsi üçün yorulmadan və səmərəli fəaliyyət göstərir. Bu baxımdan Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyi tərəfindən görülən işləri xüsusi vurğulamaq lazımdır. Necə deyərlər, gərgin əməyin və düzgün idarəçiliyin nəticəsidir ki, Sumqayıt məktəbləri Respublikanın təhsil ocaqları içərisində xüsusi fərqlənməyi bacarırlar.
Müasir və interaktiv tədris metodu: Sumqayıt 2 saylı orta məktəbdə dərslər belə keçilir - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.