fev
2024
17:45
233

Abşeronda yeni inşa edilmiş körpələr evi - uşaq bağçasının açılışı olub-VİDEO

1 fev, 2024
17:45
233

Abşeronda yeni inşa edilmiş körpələr evi - uşaq bağçasının açılışı olub-VİDEO

Abşeron rayonunda inşa edilmiş yeni körpələr evi - uşaq bağçası uşaqların istifadəsinə verilib.  

Denaz.Tv xəbər verir ki, bu münasibətilə açılış mərasimi olub. Açılış mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron-Xızı regional Təhsil İddarəsinin müdiri İlhamə Abdullayeva , şəhid və qazi ailə üzvləri, bağçanın pedeqoji kollektivi, və digər qonaqlar iştirak ediblər.

Bildirilib ki, Pirəkəşkül qəsəbə uşaq bağçası 3 korpus, 280 yerlikdir.  Abşeron rayonunda ümumilikdə 31 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 13-ü son 10 ildə inşa edilərək istifadəyə verilib:  Həyata keçirilən tədbirlər sırasında uşaq bağçalarının tikintisi də diqqətdə saxlanılır. Azərbaycanda hər il yeni təhsil müəssisələrinin binasının tikintisi və yaxud təmir-bərpası həyata keçirilir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsilə göstərilən diqqət və qayğı, təhsilin daha da inkişafı, təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlər, icra edilən genişmiqyaslı layihələr, eləcə də təhsilin təməlini təşkil edən məktəbəqədər təhsilin yüksək standartlara uyğun inkişafı, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını qeyd edib və bunun günü-gündən inkişaf edən dövlətimizin gələcəyi olan uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və istedadlı kadr potensialının formalaşmasına xidmət edərək daim diqqət mərkəzində olduğunu vurğulayıb. 

Qonaqlar burada yaradılan şəraitlə yaxından tanış olublar. Abdin Fərzəliyev son illərdə bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işlərinin aparıldığını, yeni uşaq bağçalarının tikilməsi ilə bağlı xeyli işlərin görüldüyünü və bununla da məktəbəqədər təhsilin inkişafına nail olmaq istiqamətində bir sıra uğurların əldə edildiyini diqqətə çatdırıb.

İcra Hakimiyyəti başçısının diqqətinə çatdırılıb ki, binada uşaqların istirahəti və əyləncəsi üçün də geniş imkanlar var. Bağçada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılacaq. 

Qeyd edək ki, bağçada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. 
Uşaqların zövqünə uyğun qurulan, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün müəssisə rəngbərəng inventarla təchiz edilib. Bağçada müasir standartlara uyğun müxtəlif sinif otaqları və gimnastika zalı eləcədə yeməkxana mövcuddur.Xüsusi olaraq qeyd edək ki,  yeni fəaliyyətə başlayan bağçanın bütün işçi heyəti şəhid və qazi ailələrinin üzvləridir.


Nizami Rəsulov
Denaz.Tv


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar