Xəbər verdiyimiz kimi, Suriyada Bəşər Əsəd rejiminə qarşı əməliyyata başlayan silahlı müxalif qruplar Hələb və İdlibdən sonra dünən axşam saatlarında Tel Rıfatı da ələ keçirib.
Den.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terror təşkilatı PKK/YPG ünsürlərindən təmizlənmiş bölgənin görüntüləri ilk dəfə yayımlanıb.
Suriya Milli Ordusunun terrordan təmizlədiyi bölgə ilk dəfə görüntülənib. CNN Türk-ün Xüsusi Xəbər rəhbəri Fulya Öztürkün aparıcılıq etdiyi yayımda bir ucunun Afrinə qədər uzandığı iddia edilən xəstəxananın altında yerləşən terror tunelləri əks olunub.
Qeyd edək ki, Suriya Milli Ordusu (SMO) terror təşkilatı PKK/YPG-yə qarşı başlatdığı "Azadlıq şəfəqi" əməliyyatında bütün Tel Rıfat rayon mərkəzinə hakim olsa da, xarici hissələrdə irəliləməyə davam edir. Tel Rıfatda yuva quran PKK/YPG terrorçuları ilə toqquşan SNA qüvvələri rayonun qərbindəki Deyr Camaldan daxil olaraq rayon mərkəzini terrordan təmizləyib.
Fulya Öztürk terror tunellərinə girdi - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.