İtaliya Baş Naziri Cordja Meloni bildirib ki, onun əleyhinə Beynəlxalq Cinayət Məhkəməsinə (BÇM) şikayət verilib. Ona qarşı irəli sürülən ittiham “Qəzzada soyqırımda iştirak” kimi göstərilib.
“DenMedia.az” xəbər verir ki,Bu barədə Meloni RAI dövlət telekanalına verdiyi müsahibədə danışıb.
Baş nazir qeyd edib ki, şikayət siyahısında müdafiə naziri Gvido Krozetto, xarici işlər naziri Antonio Tayanı və ehtimal ki, Leonardo müdafiə konserninin rəhbəri Roberto Çingolani də yer alıb.
“Düşünmürəm ki, dünyada və ya tarixdə belə bir hadisə qeydə alınıb,” – deyə Meloni vurğulayıb.
O həmçinin açıqlayıb ki, kim tərəfindən şikayət verildiyi hələ məlum deyil.
İtaliya mətbuatı daha əvvəl yazmışdı ki, şikayətin səbəbi İsrailə silah tədarükləri ilə bağlı ola bilər. Il Fatto Quotidiano qəzetinin təhlilçisi Fabio Marçelli sentyabr ayında qeyd etmişdi:
“Silahları çatdıran şəxslər, onun cinayətlərdə istifadə edilə biləcəyini bilə-bilə hərəkət edirsə, həmkar kimi məsuliyyət daşıyır.”
Meloni isə bu iddiaları rədd edib və İtaliyanın 7 oktyabr 2023-cü ildən – HƏMAS hücumlarından sonra – İsrailə yeni silah tədarüklərini təsdiqləmədiyini vurğulayıb.