DenMedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Asiyaya səfəri zamanı təyyarədə verdiyi açıqlamada, tətbiq etdiyi antirusiya sanksiyalarının “çox güclü” olduğunu bildirib.
“Biz Rusiya əleyhinə çox ciddi sanksiyalar tətbiq etdik, düşünürəm ki, bunlar çox güclü sanksiyalardır,” – deyə Tramp vurğulayıb.
ABŞ lideri əlavə edib ki, bu sanksiyalar mütləq təsir göstərəcək. O həmçinin Rusiya prezidenti Vladimir Putinin “yeni tədbirlərin ölkəyə təsir etməyəcəyi” barədə sözləri ilə razılaşmadığını qeyd edib.

