ABŞ Prezidenti Donald Tramp bildirib ki, maqnit-rezonans tomoqrafiyası (MRT) müayinəsindən keçib və nəticələr “ideal” olub.
DenMedia.az xəbər verir ki, onun sözlərini NBC telekanalı yayıb.
“Bəli, mənə MRT etdilər. Və nəticələr mükəmməl idi,” — deyə Tramp bildirib.
Onun sözlərinə görə, müayinə oktyabrın əvvəlində Uolter Rid adına Milli Hərbi-Tibbi Mərkəzdə aparılıb. ABŞ Prezidenti müayinənin səbəbini açıqlamayıb və bununla bağlı həkimlərə müraciət etməyi məsləhət görüb.
Tramp əlavə edib ki, həkimlər nəticələri “indiyədək gördükləri ən yaxşı göstəricilərdən biri” adlandırıblar.

