Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin nümayəndələrini Əbu-Dabidə keçiriləcək danışıqlara göndərməyə razılıq verib. Bu barədə Financial Times nəşri məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Zelenskinin Rusiya ilə danışıqlara hazır olması qismən ABŞ Prezidenti Donald Trampın mümkün mənfi reaksiyasından yayınmaq istəyi ilə bağlıdır.
“Zelenskinin Rusiya ilə danışıqlara hazır olması qismən Trampı qıcıqlandırmamaq istəyi ilə izah olunur”, — nəşr yazır.
Müəlliflər həmçinin vurğulayırlar ki, Ukrayna liderinin bu qərarında ölkə vətəndaşlarının müharibədən yorulması da mühüm rol oynayıb.

