Avropada ümid edirlər ki, bazar günü planlaşdırılan ABŞ prezidenti Donald Trump və Ukrayna prezidenti Volodimir Zelenskinin görüşü sülh sazişinin bağlanmasını yaxınlaşdıra bilər. Bu barədə CNN anonim avropalı rəsmilərə istinadən xəbər verir.
Telekanal yazır ki, avropalılar görüşdən müsbət nəticə gözləyirlər, çünki ABŞ–Ukrayna münasibətlərinin hazırkı dinamikasını “məhsuldar” kimi qiymətləndirirlər. Qeyd olunur ki, buna ABŞ və Ukrayna danışıqlarçıları tərəfindən həftələrlə aparılan intensiv səylər töhfə verib.
CNN-in məlumatına görə, bazar günü keçiriləcək görüşə hazırlıq çərçivəsində Zelenski NATO, Kanada, Almaniya, Finlandiya, Danimarka və Estoniya liderləri ilə mövqelərin koordinasiyası məqsədilə danışıb. Bununla belə, telekanal vurğulayır ki, Avropa liderlərinin bazar günü keçiriləcək görüşdə iştirakı gözlənilmir.
Eyni zamanda Avropada etiraf edirlər ki, Tramp ilə keçirilən istənilən görüşün nəticəsi proqnozlaşdırılmazdır.
“Trampla bağlı heç vaxt aşağı riskli ssenari olmur”, — deyə NATO-dan olan məmurlardan biri bildirib.

