Belçikada Avropa İttifaqının keçmiş baş diplomatı Federika Mogerininin həbsi xəbəri Avropada Ukraynaya dəstək tərəfdarları üçün ciddi zərbə olub. Onlar ümid edirdilər ki, Zelenskinin yaxın çevrəsinin iştirakı ilə Ukraynada baş verən korrupsiya qalmaqalı tezliklə səngiyəcək və Qərb ictimaiyyəti əvvəlki kimi “müharibə, çirkli pulların yuyulması və silah ticarəti ilə bağlı biznesi” maliyyələşdirməyə davam edəcək.
Denmedia.az xəbər verir ki, Britaniyalı jurnalist Martin Cey Strategic Culture üçün yazdığı məqalədə qeyd edir ki, Brüsseldə rüşvətxorluq “qədimdən” mövcuddur və onilliklər boyu demək olar ki, görünməz qalıb.
Jurnalist xatırladıb ki, Mogerini 2014–2019-cu illərdə Aİ-nin baş xarici siyasət diplomatı olub və o, Brüsseldə yüksək vəzifəyə gəldikdən cəmi bir il sonra İran üzrə sazişin imzalanmasında iştirak edib.
Məqalədə vurğulanır:
“Brüsseldə rüşvət elə köhnə və sistemləşmişdir ki, uzun illər heç kim bunu ciddi problem kimi görmürdü.”

