ABŞ-ın Luiziana ştatında iş adamı Graham Walker Fibrebond şirkətini satıb və bütün əməkdaşlarına ümumilikdə 240 milyon dollar məbləğində bonus yazıb. Bu barədə The Wall Street Journal məlumat yayıb.
Uoker bildirib ki, şirkəti yalnız o investora satmağa hazır olub ki, gəlirin 15%-nin yeni sahiblər tərəfindən əməkdaşların xeyrinə yönəldilməsi şərtini qəbul etsin. Fibrebond əməkdaşları şirkətin səhmlərinə sahib olmadıqları və heç bir ödəniş hüquqları olmadığı üçün bu addım Uokerin onlara şəxsi hədiyyəsi kimi qiymətləndirilib.
Vəsait 540 əməkdaş arasında bölüşdürülüb — hər biri 443 min dollar alacaq. Ödənişlər beş il ərzində mərhələli şəkildə köçürüləcək. İlk köçürmələr iyul ayında edilib.

