İspaniya Kubaya 1 milyon avro məbləğində humanitar yardım göndərəcək. Bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares məlumat verib.
Nazirin sözlərinə görə, yardım Kubaya qarşı embarqonun sərtləşdiyi şəraitdə kubalıların ehtiyaclarının yüngülləşdirilməsi məqsədi daşıyır.
1 milyon avro dəyərində ərzaq və tibbi ləvazimatlar İspaniyanın Beynəlxalq Əməkdaşlıq və İnkişaf Agentliyi tərəfindən Ümumdünya Ərzaq Proqramı və Panamerika Səhiyyə Təşkilatı vasitəsilə təqdim olunacaq.
Albares fevralın 16-da Madriddə Kubanın xarici işlər naziri Bruno Rodriges ilə görüş keçirib.

