Cenevrədə keçirilən ABŞ–İran danışıqlarında yalnız nüvə sahəsinə aid məsələlər müzakirə olunub.
Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi Press TV telekanalına açıqlamasında bildirib.
Diplomat qeyd edib ki, tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər, lakin növbəti raundun tarixi hələ müəyyənləşdirilməyib.
Bir neçə saat əvvəl Cenevrədə İran və ABŞ arasında danışıqların ikinci raundu başa çatıb. Görüşlər Cenevrədə keçirilib.

