ABŞ-da İranın ali rəhbəri Əli Xameneinin öldürülməsindən sonra ölkəyə rəhbərlik edə biləcək konkret namizədin olmadığı bildirilir.
Bu barədə Politico nəşri məlumat yayıb.
Məlumata görə, mümkün fiqurların bir qismi son zərbələr zamanı həlak olub. Ağ Evdəki mənbə iddia edir ki, prezident Donald Trampın vaxtilə Venesuela lideri Nikolas Maduronu əvəz edə biləcək konkret namizədi olub. Lakin İran məsələsində belə planın mövcud olmadığı vurğulanır.
Digər mənbənin sözlərinə görə, İran daxilində ABŞ-ın alternativ hökumət kimi nəzərdən keçirdiyi koordinasiyalı bir qrup yoxdur. Eyni zamanda, real və təşkilatlanmış müxalifətin olmaması səbəbindən, Trampın İran xalqının hakimiyyətə qarşı qalxacağına dair ümidləri də zəif görünür.

