ABŞ prezidenti Donald Tramp bildirib ki, Cənubi İranda qızlar məktəbinə edilən zərbəni İran qüvvələri özləri endirmiş ola bilər.
Tramp Air Force One təyyarəsində jurnalistlərlə söhbəti zamanı mövcud məlumatlara əsaslanaraq belə ehtimal irəli sürüb. Onun sözlərinə görə, hadisə İranın istifadə etdiyi silahların dəqiqliyinin aşağı olması ilə bağlı ola bilər.
ABŞ-ın müdafiə naziri Pit Heqset də bildirib ki, insident hazırda araşdırılır. O əlavə edib ki, mülki şəxslərə qarşı zərbələrin İran tərəfindən endirildiyi ehtimalı nəzərdən keçirilir.
İran hakimiyyəti isə hadisəyə görə ABŞ və İsraili ittiham edib. Eyni zamanda BBC qeyd edir ki, hücum nəticəsində 160-dan çox insanın həlak olduğu barədə məlumatlar müstəqil şəkildə təsdiqlənməyib.

