Məşhur klimatoloq Keyt Marvel NASA-nın Yer Tədqiqatları bölməsindəki vəzifəsindən ayrılıb. Bu barədə Bloomberg məlumat yayıb.
Alim bildirib ki, qərarına səbəb Donald Tramp administrasiyası dövründə elmi fəaliyyətə göstərilən təzyiqlər və tədqiqat proqramlarında yaranan qeyri-sabitlik olub. O, NASA-nın Godard Kosmik Tədqiqatlar İnstitutunu (GISS) tərk edib.
“Son bir ildə elmə qarşı sistemli hücumlar müşahidə etdim.”
Marvel rəhbərliyə ünvanladığı məktubda qeyd edib ki, yaranmış vəziyyət alimlər üçün qeyri-müəyyən və riskli mühit formalaşdırıb.
O vurğulayıb ki, elm onun üçün hər zaman obyektiv həqiqətin axtarışı vasitəsi olub və bu sahənin təzyiq altında qalacağını gözləmirdi.

