ABŞ prezidenti Donald Tramp, Truth Social platformasında yazdığı paylaşımda, milyarder Cared Ayzekmanı NASA rəhbəri vəzifəsinə yenidən namizəd kimi irəli sürdüyünü bildirib.
“Mən NASA administratoru vəzifəsinə görkəmli biznes lideri, xeyriyyəçi, pilot və astronavt Cared Ayzekmanı təqdim etməkdən məmnunam,” — deyə Tramp yazıb.
Xatırladaq ki, 1 iyun tarixində Tramp NASA rəhbəri postuna yeni namizəd irəli sürəcəyini bildirmiş, Ayzekmanın əvvəlki namizədliyinin geri çağırıldığını açıqlamışdı.
Ayzekman öz podkastında qeyd edib ki, bəzi şəxslərin “öz şəxsi maraqları” olub və o, “uyğun və diqqətçəkən hədəf”ə çevrilib. Onun sözlərinə görə, Ağ Evdən zəng edən şəxs Trampın “fərqli istiqamətə yönəlmək istədiyini” deyib, çünki Ayzekman İlon Maskla əlaqələndirilir.
Ayzekman həmçinin Polaris Dawn missiyasının komandiri və sponsorudur. 2024-cü ilin 10–15 sentyabr tarixlərində baş tutan bu missiya tamamilə mülki heyətlə həyata keçirilmiş ilk özəl kosmik uçuş olub. Biznesmen Sara Gillis adlı mühəndislə birlikdə peşəkar olmayan astronavtların açıq kosmosa ilk çıxışını da gerçəkləşdirib.

