Amerikalı aktyor Tom Kruz kosmosda çəkilməsi planlaşdırılan filmin çəkilişlərini ləğv edib. Səbəb isə aktyorun ABŞ Prezidenti Donald Trampdan bu layihə üçün yardım istəmək istəməməsi olub. Bu barədə Page Six tabloidi mənbəyə istinadla yazır.
Bildirilir ki, filmin çəkilişi üçün NASA ilə koordinasiya tələb olunurdu.
“…və çox güman ki, Tom Trampdan xahiş etmək istəməyib. Bunun üçün federal hökumətin icazəsi lazımdır”, — deyə mənbə qeyd edib.

