Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasına səs verməyə məcbur etdikləri iddia olunur.
Bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
Nəşrin iddiasına görə, zabitlər hərbçiləri qorxudur və onların müxalifətdə olan Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasını dəstəkləməsini qadağan edirlər.
Bundan başqa, Rusiyadan qayıdan kişilərə birbaşa hava limanında 25 günlük hərbi təlim toplanışına çağırış vərəqələri təqdim olunduğu bildirilir.
Çağırışdan imtina edənləri isə cinayət məsuliyyəti gözləyə bilər.
Müxalifətin fikrincə, bu addımlar seçkilərdə hakimiyyətin xeyrinə səs verməyə biləcək şəxslərin səsverməyə buraxılmaması məqsədi daşıyır.

