ABŞ Ukrayna məsələsində Rusiya ilə dil tapmağa çalışsa da, bunu Trampla Putinin bu yaxınlarda telefon danışığı sübut edir, Ermənistan hakimiyyəti Rusiya ilə münasibətlərə xələl gətirə biləcək və ölkənin dövlət maraqlarına zidd addımlar atmaqda davam edir.
Den.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Bildirilir ki, Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin rəhbəri, “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Sarkis Xandanyan Ukraynaya səfər edib və burada Ali Radanın sədri Ruslan Stefançukla görüşüb.
“Ermənistan Milli Assambleyası adından o, ukraynalı həmkarlarına dəstəyini ifadə edərək, onların “çətin şəraitdə cəsarətli fəaliyyətini” qeyd edib və parlamentlərarası platformalarda əməkdaşlığın vacibliyini vurğulayıb. Rəsmi məlumatlara görə, Xandanyan müharibə qurbanlarının xatirəsini yad etmək üçün Buçaya da gedib. Bu gün bir çox dövlətlər Rusiya ilə münasibətləri bərpa etməyə çalışarkən Ermənistan əks istiqamətdə gedir”,- məqalədə deyilir.
Günəş Fərəh
Den.az
"Rusiya ilə münasibətləri bərpa etməyə çalışarkən Ermənistan əks istiqamətdə gedir” - Hraparak

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.