SpaceX şirkətinin rəhbəri İlon Mask ABŞ-da federal hökumətin maliyyələşməsinin dayandırılması fonunda maaş ala bilməyən TSA (Nəqliyyat Təhlükəsizliyi Administrasiyası) əməkdaşlarının maaşlarını ödəməyi təklif edib.
Məsələ ştatdaun səbəbindən dövlət qulluqçularının bir neçə həftədir ödənişsiz qalması ilə bağlıdır.
“Bu maliyyə böhranı dövründə, ölkə üzrə hava limanlarında çalışan bir çox amerikalının həyatına mənfi təsir göstərən vəziyyətdə TSA əməkdaşlarının maaşlarını ödəməyi təklif etmək istərdim”, – deyə Mask yazıb.

