Amerikalı iş adamı İlon Mask, Böyük Britaniyanın baş naziri Kir Starmer barədə sərt fikirlər səsləndirib.
DenMedia.az xəbər verir ki, o, sosial şəbəkə X-də paylaşımında siyasətçini "özbaşına qərar verə bilməyən" bir fiqur adlandırıb.
Maskın bu bəyanatı onun sentyabrda başladığı tənqidlərin davamı olub. Həmin vaxt milyarder Londonda keçirilən antimiqrant etirazlarını dəstəkləmişdi.
"Starmer başı boş bir aktyordur. Başqaları ona nə deyəcəyini deyir" deyə Musk diqqət çəkib.
Təxminən yarım ay əvvəl isə milyarder Londondakı kütləvi aksiyalara videobağlantı ilə qoşularaq hökumətin siyasətini sərt tənqid etmiş, parlamentin buraxılmasına çağırış etmişdi. O, həmçinin britaniyalıların söz azadlığının məhdudlaşdırıldığını söyləyib və BBC-ni ölkənin inkişafına zərər verən proseslərdə iştirakda ittiham edib.