ABŞ Prezidenti Donald Tramp sərvəti 1 trilyon dolları keçən sahibkar İlon Maskı təbrik edib.
Bu barədə Tramp CNBC telekanalına müsahibəsində bildirib.
“Mən ona qeyd yazdım və orada Təbrik edirəm, çox yaxşı sözlərini qeyd etdim”, — deyə Ağ Ev rəhbəri bildirib.
Tramp əlavə edib ki, Maskla “çox yaxşı münasibətləri” var. Bununla belə, prezident administrasiyasının ABŞ sakinlərinin məcburi şəkildə elektromobillərə keçməsi təklifindən imtina etməsindən sonra sahibkarla aralarında “kiçik fikir ayrılıqları” yarandığını deyib.
Qeyd edək ki, iyunun 12-də Bloomberg agentliyi Maskın dünyanın ilk trilyoneri statusuna çatdığını yazmışdı. Məlumata görə, bu, onun SpaceX şirkətinin səhmlərinin fond bazarında uğurlu ilkin yerləşdirilməsindən sonra baş verib.
Birjaya çıxışdan sonra şirkətin səhmləri kəskin bahalaşaraq bir səhm üçün 163 dollar səviyyəsinə yüksəlib.

