Qətər Daxili İşlər Nazirliyi ölkədəki təhlükəsizlik vəziyyəti ilə bağlı yeni açıqlama yayıb.
Türkiyə mediasının Qətər DİN-in məlumatına istinadən yaydığı xəbərə görə, daha əvvəl yüksək səviyyədə olduğu bildirilən təhlükəsizlik təhdidi tamamilə aradan qalxıb və ölkə üzrə vəziyyət normallaşıb.
Nazirliyin açıqlamasında təhlükəsizlik təhdidinin nədən ibarət olduğu və hansı şəkildə aradan qaldırıldığı barədə əlavə məlumat verilməyib.
Bununla belə, Qətər rəsmiləri vətəndaşlara rəsmi qurumların açıqlama və göstərişlərini izləməyə davam etməyi tövsiyə ediblər.
Qeyd olunur ki, bir müddət əvvəl Qətərdə əhaliyə evlərdən çıxmamaq və pəncərələrdən uzaq durmaq barədə xəbərdarlıq edilmişdi. Həmin vaxt Bəhreyndə həyəcan siqnalları səsləndirilmiş, Küveyt ordusu isə hava hücumundan müdafiə sistemlərini işə saldığını açıqlamışdı.

