İngiltərə Milli Statistika İdarəsi 2025-ci ilin ən populyar körpə adlarını açıqlayıb.
Qurumun məlumatına görə, İngiltərə və Uelsdə oğlan uşaqlarına ən çox verilən ad bu il də Məhəmməd olub.
Rəsmi statistikaya əsasən, 2025-ci ildə 5 957 oğlan uşağına Məhəmməd adı verilib. Bu göstərici əvvəlki illə müqayisədə 4 faiz artıb. Beləliklə, Məhəmməd adı ardıcıl üçüncü dəfə İngiltərə və Uelsdə ən çox seçilən oğlan adı kimi qeydə alınıb.
Oğlan adları siyahısında Məhəmməddən sonra Noah və Leo adları gəlir.
Qız uşaqları arasında isə lider dəyişməyib. Olivia adı 2025-ci ildə də ən populyar qız adı olub. İl ərzində 2 386 qız uşağına Olivia adı verilib və bu ad ardıcıl 10-cu dəfə siyahının birinci pilləsində yer alıb.
Oliviadan sonra siyahıda Lily ikinci, Amelia isə üçüncü olub.
İngiltərə Milli Statistika İdarəsinin məlumatları ölkədə körpə adları ilə bağlı seçimlərin əvvəlki illərlə böyük ölçüdə oxşar qaldığını göstərir.

